Rafiq Hüseynov: “Ata, oğlun dünya çempionudur” | DEFAKTO.AZ Rafiq Hüseynov: “Ata, oğlun dünya çempionudur” – DEFAKTO.AZ

Rafiq Hüseynov: “Ata, oğlun dünya çempionudur”

6

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov dünya çempionu olduqdan sonra atasına telekameralar vasitəsilə müraciət edib.

Defakto.az xəbər verir ki, 82 kq çəki dərəcəsində qızıl medal qazanan 33 yaşlı pəhləvan “Ata, oğlun dünya çempionudur” deyib.

Onun atası Radik Hüseynov uzun müddətdir güləş məşqçisi kimi çalışır. O, yığmada yer almadığı üçün dünya çempionatına yollana bilməyib.

Qeyd edək ki, Yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında qızıl medal qazandıqdan sonra qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib. Rafiq Hüseynov bu il həm də Tokio Yay Olimpiya Oyunlarının qalibi olub. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir