Xalq artisti, rejissor, professor Ağakişi Kazımov dünyasını dəyişib | DEFAKTO.AZ Xalq artisti, rejissor, professor Ağakişi Kazımov dünyasını dəyişib – DEFAKTO.AZ

Xalq artisti, rejissor, professor Ağakişi Kazımov dünyasını dəyişib

6

Defakto.az xəbər verir ki, o, 85 yaşında vəfat edib. 

Qeyd edək ki, Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. 1960-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib. 1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. Bundan başqa, Akademik Musiqili Teatrında, Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrında tamaşalar hazırlayıb. 

Sənətkar 1987-ci ildə “Əməkdar incəsənət xadimi”, 2000-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

A. Kazımov Əməkdar artist Mehriban Abdullayevanın həyat yoldaşı idi. 

Mehriban Abdullayeva və Ağakişi Kazımov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir