Məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir? – AÇIQLAMA | DEFAKTO.AZ Məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir? – AÇIQLAMA – DEFAKTO.AZ

Məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir? – AÇIQLAMA

40

“Bizdə olan məlumata görə hazırda 5 məktəbin 8 sinif otağında koronavirusa yoluxma faktı aşkarlanıb. Lakin bu say rəsmi məlumatlarda olduğundan az qeyd edilir”.

Bu sözləri Təhsil eksperti Kamran Əsədov açıqlaması zamanı deyib. Sentyabrın 22-29-u tarixlərində tədrisin yenidən ənənəvi formada bərpasından sonra daha çox ibtidai siniflərdə yoluxma hallarına rast gəlinib:

“Sentyabrın 22-dən indiyə qədər virusa hələ ki yalnız ibtidai siniflərdə rast gəlinib. Bir yuxarı sinif var. Maraqlı tərəfi isə odur ki, bu statistikada özəl məktəblərin sayı yoxdur. Amma orada da yoluxma halları var. Hazırkı təhsil müddətində yoluxma halı 8 sinifdə müşahidə edilib. Lakin rəsmi məlumatlarda 4 sinif göstərilir”.

Təhsil eksperti Kamran Əsədov ölkədə pandemiya başladıqdan sonra distant təhsilə keçildiyini də açıqlayıb:

“COVID-19 pandemiyası ilə əlaqədar məktəblərin fəaliyyəti 2020-ci ilin sentyabrın 15-də bərpa edildi. Artıq oktyabrın sonunda 65 məktəb və 180-ə yaxın sinifdə virus aşkarlandı və distant təhsilə keçildi. Bundan sonra 2021-ci ilin fevralında tədrisin yenidən bərpası zamanı 69 məktəbdə 300-dən çox sinifdə yoluxma halı oldu və yenə də təhsil ocaqlarının fəaliyyəti dayandırıldı.

Hazırda 22-29 sentyabr tarixlərində təhsilin bərpa edilməsi ilə hər hansı məktəb tam olaraq qapanmaya getməyib. Amma ötən ilin eyni dövründə artıq bir sıra məktəblər fəaliyyətini dayandırmışdı”.

Qeyd edək ki, ölkədə pandemiya səbəbilə uzun müddət distant formada keçirilən tədris prosesi sentyabrın 22-də orta məktəblərdə, 29-da isə Ali təhsil olacaqlarında ənənəvi forma ilə əvəz edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir