Serj yox, Serjik Sarkisyan… – Foto | DEFAKTO.AZ Serj yox, Serjik Sarkisyan… – Foto – DEFAKTO.AZ

Serj yox, Serjik Sarkisyan… – Foto

6

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın öz adını dəyişdirdiyini bildirib:

“Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır”.

Defakto.az saytının məlumatına görə, Azərbaycan dövlət başçısının sözügedən açıqlamasından sonra Sarkisyanın əsl adı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Daha sonra sosial şəbəkələrin həm Azərbaycan, həm də Ermənistan seqmentində eks-Prezidentinin komsomol biletinin fotosu yayılıb.

Sənəddən də onun adının Serjik olduğunu görmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir