Ramiz Mehdiyevin işdən çıxardığı direktor Xalq artistinin qudası imiş | DEFAKTO.AZ Ramiz Mehdiyevin işdən çıxardığı direktor Xalq artistinin qudası imiş – DEFAKTO.AZ

Ramiz Mehdiyevin işdən çıxardığı direktor Xalq artistinin qudası imiş

57

Ötən gün vəzifəsindən azad olunan direktorlardan biri Xalq artisti Zeynəb Xanlarovanın qohumudur.

Defakto.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Z.Xanlarovanın qudasıdır.

Qeyd edək ki, ötən gün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin əmri ilə qurumun Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev vəzifələrindən azad ediliblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir