Fəzail Ağamalı və icra başçısı Vətən müharibəsi Şəhidinin anım günündə | DEFAKTO.AZ Fəzail Ağamalı və icra başçısı Vətən müharibəsi Şəhidinin anım günündə – DEFAKTO.AZ

Fəzail Ağamalı və icra başçısı Vətən müharibəsi Şəhidinin anım günündə

243

44 günlük Qəhrəmanlıqlarla dolu Vərən Müharibəsinin ilk günlərində Şəhid olanlardan biri də Salyan rayonunun Xalac kənd sakini Səfa Qaraxanovdur. Digər iki qardaşı ilə bərabər erməni faşistlərinə qarşı döyüşə atılan bu qəhrəman övladımız igidlik göstərərək Şəhidlik zirvəsinə ucaldı.

2020 – ci ilin Oktyabrın 1 – də Şəhid oldu. Salyan rayon icra başçısı Sevindik Hətəmovun, onun müavinlərinin və hüquq mühafizə orqanlarının rəhbərlərinin, çoxsaylı soydaşlarımızın iştrakı ilə Səfa Qaraxanovun il mərasimində iştrak etdik, onun məzarı ziyarət olundu. 

Şəhidimizin ruhuna dualar oxundu  və məzarı önündə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Silahlı Qüvvələrimizin göstərdiyi rəşadət və qəhrəmanlıq haqqında xoş fikirlər səsləndi və ərazi bütövlüyümüzün bərpası, erməni işğalçılarına qarşı döyüşlərdə vuruşub həlak olan həm I, Qarabağ həm də II Qarabağ Müharibəsində Şəhid övladlarımızın ruhuna rəhmət dilədik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir