Vaqif Əsədov: Pik saatlarda müəyyən ləngimələrin olması tamamilə təbiidir. Bunu dramatikləşdirmək olmaz | DEFAKTO.AZ Vaqif Əsədov: Pik saatlarda müəyyən ləngimələrin olması tamamilə təbiidir. Bunu dramatikləşdirmək olmaz – DEFAKTO.AZ

Vaqif Əsədov: Pik saatlarda müəyyən ləngimələrin olması tamamilə təbiidir. Bunu dramatikləşdirmək olmaz

112

Son günlər Bakı şəhərində ciddi tıxaclar müşıahidə olunur. Paytaxt sakinləri həm şəxsi avtomobillərində, həm də avtobuslarda 30 dəqiqə, bəzən 1 saata qədər tıxaclarda qalmalı olur.

Bu, əsasən Bayıl qəsəbəsindən “Azneft” dairəsi istiqamətində, Bakı-Sumqayıt yolunda, Qara Qarayev prospektində və digər ərazilərdə baş verir.

Bütün bunlar isə sakinlərin mənzil başına gec çatmaları ilə nəticələnir.

Defakto.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın suallarını Bakı şəhərı Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov cavablandrıb. O hesab edir ki, Bakı şəhərindəki tıxacları faciə kimi qiymətləndirmək olmaz:

“Bütün inkişaf etmiş ölkələrin paytaxtlarında bu vəziyyət yaranır. Problemin həlli üçün əsas məqamlardan biri hərəkət istiqamətlərinin kəsişmələrinin minimuma endirilməsidir.

Bunun üçün bir çox ölkələrdə, məsələn Sinqapurda, Yaponiyada, Çində və digər ölkələrdə mərtəbəli yollardan istifadə olunur. Ölkəmizdə 1 milyon 400 min nəqliyyat vasitəsi var. 700 mindən artılq nəqliyyat vasitəsi Bakı şəhərində qeydiyyatdadır.

Bütövlükdə ölkənin nəqliyyat vasitələrinin 72 faizi sırf Bakı şəhərində idarə edilir. Bundan başqa Bakıda 300-dən artıq işıqforla tənzimlənən yol birləşməsi, 700-dən artıq yol kısişməsi, tunellər, körpülər və digər yol ötürücüləri hərəkətlə bağlı müxtəli problemlərə gətirib çıxarır”.

V.Əsədov qeyd edib ki, Bakıda baş verən ləngimələr tıxac deyil, sıxlıq kimi qəbul edilməlidir:

“Təhsil müəssisələrin böyük qisminin Bakıda yerləşməsi və əyani tədrisin bərpası da sıxlığı artıran səbəblərdəndir.

Universitetlərin, məktəblərin, əmək fəaliyyətinin sırf Bakı şəhər ərazisində olması da sıxlıq yaradan əsas səbəblərdəndir. Mərdəkan, Şüvəlan, Buzovna, Qaradağ, Ələt, Abşeron və Sumqayıtdan paytaxta iş və təhsil üçün gələnlərin sayı kifayət qədərdir.

Belə bir göstəricisi olan şəhərdə pik saatlarda müəyyən ləngimələrin olması tamamilə təbiidir. Bunu dramatikləşdirmək olmaz.

Tıxac nəqliyyat vasitələrinin uzun müddət hərkətsiz qalmasıdır. Bu sıxlığın da özlüyündə müxtəlif səbəbləri var. Ümumi istifadədə olan yollara daha yaxın təhsil ocaqları, müəssisələr var.

Bu məktəblərin qarşısında hər gün avtomobil sürücüləri tərəfindən dayanma və durma prosesləri yerinə yetirilir, bu da həmin yollarda süni sıxlığın yaranmasına səbəb olur”.

Şöbə rəsi bildirdi ki, bu gün hər bir yol polisi əməkdaşı gücləndirilmiş iş rejimində xidmət edir:

“Bu mənada vətəndaşlardan mümkün olduğu halda ictimai nəqliyyatdan istifadə etməsini xahiş edirik. Tıxacların qarşısını almaq üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Yolların genişlənməsi günün tələblərinə uyğun aparılır. Yerüstü və yeraltı piyada keçdiləri, tunellər tikilir və müxtəlif struktur dəyişikliyi aparılır.

Əsas məqamlardan biri sürücü və piyada münasibətlərində də etik normalardır. Hesab edirəm kİ, işğaldan azad edilən ərazilərə köç başladıqdan sonra şəhərin üzərindəki yük azalacaq. Tıxaclarla bağlı məsələ də öz həllinə qovuşmuş olacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir