Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilir.
Defakto.az “DEFAKTO.az”a istinadən xəbər verir ki, bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.
Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada rəqibini mat edərək, 2,5:1,5 hesablı qələbə qazanıb.
Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub – 1,5:2,5.
Çempionlar Turu
Final mərhələsi
V tur
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – Vladislav Artemyev (Rusiya) – 1,5:2,5
Levon Aronyan (Ermənistan) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 1,5:2,5
Yan-Kşiştof Duda (Polşa) – Maksim Vaşye-Laqrav (Fransa) – 1,5:2,5
Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ) – 2,5:0,5
Uesli So (ABŞ) – Aniş Giri (Niderland) – 2,5:2,5 (Görüş davam edir)
Qeyd edək ki, sentyabrın 30-da oynanılacaq VI turda Rəcəbov So ilə, Məmmədyarov isə Nakamuro ilə qarşılaşacaq.