Taekvondo üzrə Olimpiya mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Patimat Abakarovanın millinin hazırlıqlarında iştirak etməməsinin səbəbi bilinib.
Defakto.az DEFAKTO.az saytına istinadən xəbər verir ki, bu barədə məlumatı qadın millimizin yeni baş məşqçisi Səbuhi Zülfüqarov verib.
“Onun anasının oktyabrın 4-5-də ildönümü olacaq. Bu səbəbdən də Patimat hazırda Dağıstandadır. Oktyabrın 8-dən o da komanda ilə birgə hazırlıqlara qoşulacaq”.