Ölümsüzlərin əbədiyyata qovuşduğu unudulmaz Zəfər yolunun başlanğıcı!
Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, iradəsi, sərkərdəlik istedadı, qəhrəman Silahlı Qüvvələrimizin igidliyi işğal olunmuş tarixi torpaqlarımızı erməni barbarlığından, vandallığından yırtıcılığından xilas etdi.
Haqqlarını heç zaman ödəyə bilməyəcəyimiz Xalqımızın zədələnmiş qürurunu bərpa edən Ölkə Başçımıza, qəhrəman Silahlı qüvvələrimizə minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Şəhidlərimizin əziz xatirəsini anmaq hər bir Azərbaycanlının mənəvi və vətəndaşlıq borcudur – bu sözləri Facebook səyfəsində Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı paylaşıb.
Günay Ağamalı bir qrup Anavətənçi Qadınlarla II Vətən Savaşı Şəhidlərinin məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar.