ERMƏNİ VANDALİZMİ ƏN MƏNFUR CİNAYƏTDİR | DEFAKTO.AZ ERMƏNİ VANDALİZMİ ƏN MƏNFUR CİNAYƏTDİR – DEFAKTO.AZ

ERMƏNİ VANDALİZMİ ƏN MƏNFUR CİNAYƏTDİR

66

Prezident İlham Əliyev Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyiniartıq bütün dünya bilir. Əslində bu, illər boyu xüsusi qəddarlıqla və qabaqcadan düşünülmüş üsullarla törədilmiş cinayətlərdir. Hörmətli Prezidentimiz də dəfələrlə vurğulayıb ki, mənfur düşmən bir daşı-daş üstündə qoymayıb.
Ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi məhv ediblər. Dövlətimizin başçısı diqqəti növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, Prezident dünya ictimaiyyətinə çox mühüm mesajlar çatdırdı. Xocalı ilə bağlı gerçəklikləri bir daha bütün dünyaya bəyan etdi. Prezident növbəti dəfə bildirdi ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır.
Bu gün də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik azlıqların hüquq və azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanan siyasəti sayəsində Azərbaycanda bütün dini, tarixi, mədəniyyət abidələri bərpa olunur, mühafizə edilir və xalqımızın zəngin mədəni irsinin mühüm tərkib hissəsi kimi gələcək nəsillər üçün qorunub saxlanılır. Azərbaycan hər zaman dünyada tolerantlıq, əməkdaşlığın, mədəniyyətlər və sivilizasiyalararası dialoqa xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır
Törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Törətdiyi bütün cinayətlərə görə düşmən beynəlxalq müstəvidə cavab verməlidir. Mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmışdır. Vandallar işğal dövründə bütün binaları sökmüş və talamışlar. Bütün dünya bu erməni vəhşiliyi haqqında məlumatlandırılmalıdır.
Xudayar Soltanlı, ADPU Cəlilabad filialının direktoru




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir