Mingəçevirdə təcili yardım stansiyasına hücum olub? – AÇIQLAMA | DEFAKTO.AZ Mingəçevirdə təcili yardım stansiyasına hücum olub? – AÇIQLAMA – DEFAKTO.AZ

Mingəçevirdə təcili yardım stansiyasına hücum olub? – AÇIQLAMA

84

Defakto.az DEFAKTO.az-a istinadən xəbər verir ki, axşam saatlarında TTTYS-nin növbətçi bölməsinə gələn şəhər sakini dispetçer otağına daxil olaraq əməkdaşları təhqir edib, avadanlıqlara ziyan vurub.

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanladıq.

Məsələ ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış DEFAKTO.az-ın sorğusuna cavab olaraq bildirib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının TTTYS-na 19.09.2021-ci il tarixində saat 21:02-də Yusibova Nərgiz üçün mədə ağrısı narahatçılığı ilə çağırış edilib:

“Çağırış edən şəxsə həmin saatda növdə olan hər 2 təcili yardım briqadasının digər çağırışlarda olduğu bildirilib və bir qədər gözləmələri məsləhət görülüb. Lakin xəstə yaxını Məmmədov Bəxtiyar gözləməyib, xəstəni təcili yardım bölməsinə aparıb. Xəstəni qəbul edən həkim xəstədə cərrahi müdaxiləyə ehtiyacın olmadığını bildirdikdən sonra ona ilkin tibbi yardım göstərib. İlk tibbi yardımdan təxminən 7-10 dəqiqə ərzində Yusibova Nərgiz Vasif qızının ağrıları azalıb.

Xəstə təcili yardımda olduğu müddətdə xəstə yaxını B.Məmmədov TTTYS-nin dispetçer otağına daxil olub, orada kobud ifadələrlə işçiləri təhqir edib, stol, stulları dağıdıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Sonra təcili yardıma gedərək həkimdən xəstənin daha 1 saat burada qalmasını tələb edib. Lakin həkim buna ehtiyac olmadığını bildirərək xəstəni evə göndərib və ixtisas həkiminə müayinə olunmağı məsləhət görüb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir