Məlum olduğu kimi, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliklərə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Xatırladaq ki, təsdiq olunmuş sertifikatlaşdırma qaydasına əsasən hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 il müddətində) və azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər.Şübhəsiz ki, peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədi ilə atılan bu addım təqdirəlayiqdir. Çünki bu qayda təhsilverənin öz peşəkarlıq səviyyəsini artırması üçün öz üzərlərində daim çalışmasını təmin edir ki, bu da son nəticədə keyfiyyətli təhsil deməkdir. Amma bununla yanaşı, bəzi nüanslar var ki, onlar da diqqətdən kənarda qalmamalıdır. Belə ki, 60-65 yaşlı müəllimlərin sertifikatlaşdirmaya, yoxsa təqaüdə getmələri barədə də ciddi düşünmək olar. Fikrimizcə, on illərdi hansısa fənni tədris edənlərin bu yaşda, həm də ən müxtəlif texnologiyaların təhsilə tətbiq olunduğu, yeni-yeni proqramların mənimsənilməsinin çətinləşdiyi indiki reallıqlar şəraitində peşəkarlıq səviyyəsinin yoxlanması və müsbət nəticə göstərmədiyi təqdirdə müəllimlikdən kənarlaşdırılması məqsədəuyğun sayılmamalıdır. Onsuz da bu adamlar təxminən 2-3 ayla 4 il aralığında təqaüdə göndəriləcəklər. Digər tərəfdən, bu vəziyyətin onların təqaüdünün məbləğinə hansı şəkildə təsir edəcəyi də hələ məlum deyil. Bu qədər az müddətə görə on illərlə çəkilən zəhmətin, necə deyərlər, yerə vurulması müəllimə, ümumiyyətlə vətəndaşa qarşı ən azı sayğısızlıq olardı. Ümumiyyətlə, 60-65 yaşlı müəllimləri sertifikatlaşdırmaya, imtahanlara cəlb etmək nə dərəcədə doğrudur? Bəlkə bu yaşda onları təqaüdə göndərmək, gənc, yeni nəsil müəllimlərlə əvəz etmək daha faydalı və daha doğru yanaşma olardı?Hesab edirik ki, gənc Təhsil naziri, ümumiyyətlə əlaqədar qurumlar, qanunverici orqan bu barədə düşünməlidir.Nəriman MAHMUDYazıçı-publisist
Təhsil
60-65 yaşli müəllimlər sertifikatlaşdırmaya getsinlər, yoxsa təqaüdə?
By DEFAKTOAvq 13, 2020, 09:24 səhər
249
Previous PostBu gün hava necə olacaq? - PROQNOZ
Next PostBugün “Bilgə dədə” ləqəbi ilə tanınmış Cavad Heyətin anım günüdür