Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb | DEFAKTO.AZ Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb – DEFAKTO.AZ

Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb

68

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda kənd təsərrüfatının istehsalı 5,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,3 faiz artıb.

Defakto.az Trend-ə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 105,2 milyon manat təşkil edib ki, onun da 2 milyard 894,4 milyon manatı heyvandarlıq, 3 milyard 210,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 353,9 min ton, süd istehsalı 1,6 faiz artaraq 1433,8 min ton təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir