Şəbnəm Tovuzlu Həcidən boşanıb? – “…Ayrılmaq qərarına gəldim” | DEFAKTO.AZ Şəbnəm Tovuzlu Həcidən boşanıb? – “…Ayrılmaq qərarına gəldim” – DEFAKTO.AZ

Şəbnəm Tovuzlu Həcidən boşanıb? – “…Ayrılmaq qərarına gəldim”

55

Müğənni Şəbnəm Tovuzlu “Tv Müsavat”a açıqlamasında həyat yoldaşından ayrılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Sənətçi ilk evliliyi uğursuz olsa da, sonra doğru insanla qarşılaşdığını söyləyib:

“Tanışlığımızdan öncə evim, maşınım populyarlığım var idi. Lakin düşündüm ki, ömrümün sonuna qədər onunla  addımlaya bilmərəm, onda gələcəyimi, sonumu görmürəm. 

Şəxsən özüm ayrılmaq qərarına gəldim. Qarşı tərəf barışmaq üçün çox cəhd etdi, razılaşmadım. Qeyd edim ki, sevmədiyi adamla maddiyata görə yaşayan xanımlar var. Döyülməyinə, söyülməyinə baxmayaraq ayrılmır.

Onlar mənim geri çevirdiyim həyatı özlərinə yaraşdırıblar. Mən isə  bunu özümə rəva bilmədim. Bizim aramızda həmişə qarşılıqlı sevgi olub deyə hər şey öz yerindədir. Onu da deyim ki, ikinci dəfə seçimimi düzgün etdim. 

Birinci həyat yoldaşımı sevmirdim, bir xanım kimi ona sığınmışdım. Nə vaxtsa şiddətlə, xəyanətlə üzləşmədim, qızımın atasından ayrılmağımın səbəbləri bunlar deyildi. 

Sadəcə populyar olmaq, hər kəs kimi gözəl yaşamaq, övladımın qarşısında boynu bükük qalmamaq, ona yüksək səviyyədə təhsil vermək istəyirdim. 

Xoşbəxtəm ki, qızımı dilədiyim kimi böyütdüm, tərbiyəli övlad oldu. Əziyyətimi itirmədi universitetə qəbul olundu”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir