Ukrayna MDB çərçivəsində imzalanmış daha üç sazişdən çıxıb.
DEFAKTO.az-nın TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı müvafiq qərarı bu gün Ukrayna Nazirlər Kabineti qəbul edib.
Ukrayna MDB dövlətlərinin sərhəd qoşunları üçün hərbi kadrların ixtisaslaşmasının təkmilləşdirilməsi və hazırlanması sahəsində əməkdaşlıq haqqında sazişi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişi, habelə MDB Mədəni Əməkdaşlıq Şurası və MDB Sərhəd Qoşunları Komandanları Şurasını tərk edib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb.
Previous PostRestoranlar açılır, toylar isə oktyabradək olmayacaq
Next PostPrezident taksi sürdü - VİDEO