Bu restoranlar da cərimələndi – Siyahı | DEFAKTO.AZ Bu restoranlar da cərimələndi – Siyahı – DEFAKTO.AZ

Bu restoranlar da cərimələndi – Siyahı

156

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 378 ictimai iaşə obyektində 643 monitorinq keçirib.

AQTA-dan Defakto.az saytına verilən məlumata görə, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Sabunçu rayonu, Ə. Məmmədəliyev küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Arif Əli oğluna məxsus kafe;

2. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs., ev 9 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Şamil Mürsəl oğluna məxsus yeməkxana;

3. Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr., ev 56D, məh. 3004 ünvanında yerləşən, fiziki şəxs Əzizova Nuranə Sabir qızına məxsus kafe;

4. Bakı şəhəri, Binəqədi rayonu, X. Natəvan küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Quliyev Eldar Museyib oğluna məxsus “Bulaq” restoranı;

5. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küç., ev 19 ünvanında yerləşən, hüquqi şəxs “GAIA” MMC-yə məxsus restoran;

6. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küç., ev 19, m. 5A ünvanında yerləşən, fiziki şəxs Yusibova Marina Ziyatdinovnaya məxsus kafe;

7. Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küç., ev 138 ünvanında yerləşən, hüquqi şəxs “PJA” MMC-yə məxsus restoran;

8. Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Elçin Sabir oğluna məxsus “Kəndimiz” kafesi;

9. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 42d ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Xəyal Məqatil oğluna məxsus kafe;

10. Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küç., ev 27 ünvanında yerləşən, fiziki şəxs Kantayeva Pirdas İbrahim qızına məxsus kafe;

11. Yevlax şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əliyev Famil Mirzə oğluna məxsus “Yeni Dad” kafesi;

12. Bərdə rayonu, “Təzə Bazar” ərazisində yerləşən, fiziki şəxs Mehdiyev Babək Şakir oğluna məxsus kafe;

13. Bərdə rayonu, Güloğlular kəndində yerləşən, fiziki şəxs Əliyev Mübariz Osman oğluna məxsus kafe.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir