Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkə vətəndaşlarını yeməyə qənaət etməyə çağırıb.
“Sinxua” xəbər verir ki, ölkə başçısı əhalinin ərzaq təhlükəsizliyi məsələsində vicdanlı olmalarının vacibliyini deyib.
Bununla yanaşı, o, qanunvericilik bazasının, nəzarətin gücləndirilməsinin, təsirli tədbirlər görülməsinin, həmçinin qida tullantılarına qarşı səmərəli mübarizə üçün uzunmüddətli mexanizmin yaradılmasının vacibliyini vurğulayıb:
“Vətəndaşları maarifləndirmək üçün təbliğat işlərini və tədbirləri gücləndirmək, habelə qənaət vərdişini inkişaf etdirmək və cəmiyyətə israfın utancverici olduğunu, qənaətlə qürur duyulmasının əhəmiyyətini hiss etdirmək lazımdır”.
Previous PostAncelina Coli hakimə qarşı vəsatət qaldırıb
Next Post"İnsanların virusdan əziyyət çəkməsinə sevinənlər ancaq öz xalqının düşməni ola bilərlər"