“İnsanların virusdan əziyyət çəkməsinə sevinənlər ancaq öz xalqının düşməni ola bilərlər” | DEFAKTO.AZ “İnsanların virusdan əziyyət çəkməsinə sevinənlər ancaq öz xalqının düşməni ola bilərlər” – DEFAKTO.AZ

“İnsanların virusdan əziyyət çəkməsinə sevinənlər ancaq öz xalqının düşməni ola bilərlər”

581

“Artıq bir neçə müddətdir ki, Azərbaycan vətəndaşları özünü Milli Şura adlandıran, Azərbaycan dövləti tərəfindən qeydiyyata alınmamış bir qurumun videokonfranslarının şahidləri olurlar və insanlar hər dəfə bu videokonfranslara baxdıqca bizim də əvvəllərdə qeyd etdiyimiz kimi bu “siyasətçilərin” necə də anti-Azərbaycan ruhunda kökləndiklərinin şahidi olmağa başlayırlar”.

Bunu Milli.Az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

O bildirib ki, Azərbaycan insanı çox ayıqdır, ağı qaradan seçməyi bacarır, bu “siyasətçilərin” yalançı vədlərinə heç vaxt güvənmirlər:

“Belə videolardan birini də biz bu günlərdə izləyə bildik. Orada növbəti dəfə yenə bu “siyasətçilərin” bütün dünyada baş verən pandemiya nəticəsində və eyni zamanda Azərbaycanın da əziyyət çəkdiyi COVİD-19 virusu ilə bağlı sevinclərinin şahidi olduq. Belə ki, orada bu karantin rejimi nə qədər uzanarsa, müxalifətin xeyirinə olacağı barədə fikirlər səsləndirildi. Yəni, əgər karantin uzanarsa ölkə iqtisadiyyatı çöküşə gedər, bunların məntiqincə insanlar bu çöküşdən, iqtisadiyyatın zəifləməsindən Azərbaycan dövlətindən, Azərbaycan iqtidarından narazı qalaraq bu “siyasətçiləri” dəstəkləməyə başlayarlar. Amma Azərbaycan vətəndaşı, Azərbaycan insanı çox ayıqdır, ağı qaradan seçməyi bacarırlar, bu “siyasətçilərin” yalançı vədlərinə heç vaxt güvənmirlər. Necə ki, bunun göstərici olaraq, artıq 30 ilə yaxındır bunlar müxalifətdə qalmağa məhkum ediliblər. Bu məhkumiyyəti onlara Azərbaycan seçicisi yaşadır, Azərbaycan vətəndaşı yaşadır. Hər seçkidə onlara səs verməməklə onları boykot edirlər”. 

Sədr müavini qeyd edib ki, bir “siyasətçi” Azərbaycan dövlətinin ərazilərinin işğal olunması üzərindən, vətəndaşının COVİD-19 virusu kimi bir bəladan əziyyət çəkməsindən öz maraqları üçün istifadə edərsə, bu “siyasətçilər” ancaq və ancaq öz xalqının düşmən ola bilər:

“Pandemiya dövründə Azərbaycan hökümətinin atdığı addımlar insanlarımızın maksimum şəkildə COVİD-19 krizisindən daha az itkilərlə çıxmasıdır. Burada dövlət tərəfindən həm bizim sahibkarlara olan dəstək, həm az təminatlı ailələrə olan dəstək, bütün bu kimi tədbirlər ona hesablanıb ki, Azərbaycan dövləti iqtisadi cəhətdən bu krizisi daha rahat atlada bildin. Əvvəllər də olduğu kimi Azərbaycan valyutası devaivasiyaya uğrayır, Milli Şura bu məsələdən öz siyasi mənfəətləri üçün istifadə edir, Qarabağda ermənilər təxribat törədir, Milli Şura bu məsələdən sevinir, neftin qiyməti aşağı düşür, Milli Şura bu hadisəyə əl çalır, sevinir. Siyasət insanlarının bu kimi vəziyyətlərdə bir davranış kodeksi olmalıdır. Çünki ümumilli məsələlərdə bütün dövlət əziyyət çəkir, bu, Qarabağ məsələsində, iqtisadi zəifləmə məsələsində, pandemiya ilə bağlı olan məsələlərdə. Yəni, bir siyasətçi bu proseslərdən, bu hadisələrdən, insanların iqtisadi cəhətdən zəifləməsi üzərindən, Azərbaycan dövlətinin ərazilərinin işğal olunması üzərindən, COVİD-19 virusu kimi bir bəladan əziyyət çəkməsindən “siyasətçilər” öz maraqları üçün istifadə edərlərsə, bu “siyasətçilər” ancaq və ancaq öz xalqının düşmənləridir. Bütün hallarda ümumilli məsələlərdə istər iqtidar olsun, istər müxalifət olsun, bunlar xalqın bu vəziyyətdən daha az itkilərlə çıxmasına çalışmalıdırlar. Amma təəssüflər olsun ki, özünü Milli Şura adlandıran qurum yenə də bu məsələlərdən öz siyasi maraqları üçün istifadə edir. Amma Azərbaycan iqtidarı, xüsusilə də Prezident İlham Əliyev dəfələrlə elan edir ki, mən Azərbaycan büdcəsinin milyonlarla itkiyə məruz qalmasına razı ola bilərəm, amma bir vətəndaşımın bu məsələdən dünyasını dəyişməyinə razı ola bilmərəm”.  

“Sosial layihələr Azərbaycanda dayandırılmayıb, davam edir. Elə bu günlərdə də Tovuz istiqamətində erməni təxribatı nəticəsində zərər görmüş Tovuzun kəndləri ilə bağlı cənab Prezidentin bir neçə sərəncamı oldu. Orada olan istər şəxsi əmlak, istər dövlət əmlakına dəymiş ziyanları Azərbaycan dövləti qarşılayır, Azərbaycan dövləti bu məsələləri öz üzərinə götürür. Düşünürəm ki, Milli Şura artıq öz fəaliyyətini bitmiş hesab etməlidir. Onsuz da çox siyasətçilər oranı tərk etdilər və elə o yerdə qalanlar da açıq şəkildə Azərbaycan xalqından indiyənə qədər apardıqları bu “siyasətə” görə üzr istəyərək Milli Şuranın buraxılması ilə bağlı qərar qəbul etməlidirlər”, – Arzuman Abdulkərimov deyib.

Qeyd edək ki, Milli Şura üzvü Gültəkin Hacıbəyli son videokonfransda bunları deyib: “Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir. Bu da, açığı, karantin qaydalarının uzadılması birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların etirazı artır. Kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s. Buna sevinmək lazımdır. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın – karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”.

Onlar bu ifadələri ilə əsl simalarını bir daha ortaya qoymuş oldular.

Təhməz Təkin
Milli.Az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir