Ankara Əfqanıstanda inklüziv hökumətin formalaşdırılacağına ümid edir | DEFAKTO.AZ Ankara Əfqanıstanda inklüziv hökumətin formalaşdırılacağına ümid edir – DEFAKTO.AZ

Ankara Əfqanıstanda inklüziv hökumətin formalaşdırılacağına ümid edir

6

Türkiyə Əfqanıstanda cəmiyyətin bütün təbəqələrinin təmsil olunacağı inklüziv hökumətin formalaşdırılacağına ümid edir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu BMT-nin təşkil etdiyi “Əfqanıstanda humanitar vəziyyət” mövzusunda yüksək səviyyəli nazirlər toplantısında çıxışı zamanı böhranın idarə olunması məsələsində Əfqanıstan xalqına hər cür dəstək göstərməyin zəruriliyini qeyd edib.

“Hazırda humanitar vəziyyət prioritet təşkil edir. Biz hamımız narahatlıq doğuran rəqəmlər eşitdik. Əfqanıstan xalqının üçdəbiri bu gün aclıq təhlükəsi ilə üzləşib, əhalinin yarısının təcili humanitar yardıma ehtiyacı var”, – o deyib.

Çavuşoğlu qeyd edib ki, Əfqanıstanın humanitar yardımla təmin olunması vicdan məsələsidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir