“Dərslərin nə vaxt başlayacağı ilə bağlı müxtəlif ssenarilər üzrə hazırda müzakirələr aparılır. Təbii ki, bizim həmkar qurumlarla məsləhətləşmələr olduqdan sonra bu tarix bəyan ediləcək. Bu məsələdə qərarın verilməsi təkcə bir qurumdan asılı deyil. Bu, ölkədə sanitar epidemioloji situasiya və şəraitin dəyərləndirilməsindən asılı olacaq”.
Bunu BAKU.WS-ə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, artıq bir müddətdir ki, dəyərləndirmələr aparılır və bir neçə ssenari üzrə işlər gedir:
“Həm ənənəvi məktəb, həm onlayn dərslər, həm də hibrid forma üzərində işlər gedir. Amma bunların dəyərləndirilməsi və yekun qərarın verilməsi ilə bağlı həmkar qurumlarla müzakirələr aparılır.
Müzakirələr məntiqi sona çatdıqdan sonra dərslərin nə zaman və hansı formada keçirilməsi ilə bağlı qərar açıqlanacaq”.
Qeyd edək ki, buna qədər Təhsil Nazirliyi dərslərin bu ilin sentyabr ayında başlamasının nəzərdə tutulduğunu açıqlamışdı.
Təhsil
Sentyabrdan dərslər hansı formada keçiriləcək? – Açıqlama
By DEFAKTOAvq 11, 2020, 17:31 axşam
376
Previous Post“Koronavirus, nəhayət, dekabrda tarixə dönəcək…”
Next PostAzərbaycanda nazir əkin sahələrində - FOTO