Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? – VİDEO | DEFAKTO.AZ Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? – VİDEO – DEFAKTO.AZ

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? – VİDEO

15

Təhsil Nazirliyi tərəfindən vaksinasiya prosesində iştirak etməyən müəllimlərin təhsil müəssisələrinə girişlərinin qadağan olunacağı açıqlanıb. Bildirilib ki, işçilər əks göstəriş sertifikatını tədris ili başlayana qədər əldə etməlidirlər. Təhsil nazirinin müşaviri bu prosesdə iştirak etmək istəməyən müəllimlərin əmək haqlarının necə ödəniləcəyi məsələsinə də aydınlıq gətirib.

Defakto.az xezerxeber.az-a istinadən xəbər verir ki, COVID-19 pasportu və əks göstəriş sertifikatı olmayan müəllimlər ali və ya orta təhsil müəssisələrinə buraxılmayacaqlar.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Hazırlanmış siyahılar əsasında ciddi monitoriqlər aparılacaq. Nazir müşaviri vaksinasiyada iştirak etməyən və əks göstəriş sertikifatı olmayan müəllimlərin əmək haqlarının ödənilməsilə bağlı məsələnin müzakirə olunduğunu qeyd edib.

Təhsil müəssisələrinə buraxılmayan müəllimlərin dərs saatlarında heç bir axsama olmayacaq. Bundan başqa məktəblərdə və universitetlərdə vaksinasiya məntəqələrinin sayı artırılacaq. Həmçinin tələbələr də universitetlərin girişində yoxlanılacaqlar -deyə, müşavir qeyd edib.

Rüstəm Ağayev bildirib ki, 11-ci sinif şagirdlərinin vaksinasiya prosesində iştirakı ilə bağlı hələ konkret qərar verilnəyib.https://www.youtube.com/embed/8FSqjs0s6Ak




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir