Bakının 4 rayonunda qaz kəsiləcək | DEFAKTO.AZ Bakının 4 rayonunda qaz kəsiləcək – DEFAKTO.AZ

Bakının 4 rayonunda qaz kəsiləcək

14

“Böyük-Şor” QPS-dən “30-cu sahə” QPS istiqamətinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin “Böyük-Şor QPS – Böyükşor yol qovşağı” Magistral Qaz Kəməri üzərində 2 ədəd siyirtmənin quraşdırılması məqsədilə 10.09.2021-ci il tarixində saat 09:00-dan paytaxtın 4 rayonu üzrə qaz təchizatı məhdudlaşdırılacaq.

Bu barədə Cia.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Təmir zamanı Nizami rayonunun (tam olaraq), Xətai və Nərimanov rayonlarının bir hissəsinin, həmçinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin həm əhali, həm də sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir