“Sağlam doğuşlar üçün həkimlərə bonuslar veriləcək” – Yenilənib | DEFAKTO.AZ “Sağlam doğuşlar üçün həkimlərə bonuslar veriləcək” – Yenilənib – DEFAKTO.AZ

“Sağlam doğuşlar üçün həkimlərə bonuslar veriləcək” – Yenilənib

7

“Məqsədimiz xidmətlər zərfində olan 35 ilkin tibbi xidməti yaxın 5 ildə 150-yə çatdırmaqdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə bildirib. 

“Bərdədə tətbiq olunan pilot layihədə bu xidmətlərin sayı 83-ə çatdırılacaq. Bu il Bərdədə pilot qaydada ana-uşaq sağlamlığı ilə bağlı bonusların verilməsinə başlanılması nəzərdə tutulub. Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşunun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək”.

Ətraflı

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

***

İsa Əliyev əlavə edib ki, regionlarda ana ölümü göstəriciləri, regionlar arasında tibbi xidmətin keyfiyyətində olan ciddi fərqlər və bəzi xəstəliklər üzrə artım tempi ilə bağlı görüləcək işlər var: “Qan dövranı, endokrin və tənəffüs orqanları sisteminin xəstəlikləri artır və bu, xəstələnmə hallarının 30%-ni əhatə edir. Çünki elə xəstəliklərdir ki, ilkin səhiyyə xidmətində koordinasiyalı şəkildə idarə oluna və ya erkən aşkarlanma vasitəsilə azaldıla bilər”. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir