“Yas mərasimlərini sadə şəkildə keçirməklə imkanlı şəxslər və tanınmış insanlar örnək olmalıdırlar”-Üzeyir Şəfiyev | DEFAKTO.AZ “Yas mərasimlərini sadə şəkildə keçirməklə imkanlı şəxslər və tanınmış insanlar örnək olmalıdırlar”-Üzeyir Şəfiyev – DEFAKTO.AZ

“Yas mərasimlərini sadə şəkildə keçirməklə imkanlı şəxslər və tanınmış insanlar örnək olmalıdırlar”-Üzeyir Şəfiyev

10

Ölkəmizdə yas mərasimləri toylardan daha baha başa gəlir. Əvvəllər şəhərlərimizi restoranlar bəzəyirdi, indi isə mərasim evlərinin sayı günbəgün artmaqdadır. Hələ mərasim evlərinin qiymətlərini demirik.

İnsanların bu israfçılıqlarının qarşısını almaq üçün cəmiyyət olaraq nə etməliyik?

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, toy və yas mərasimləri israfçılıqdır. Dəbdəbəli yas mərasimlərinin keçirilməsi insanların ailə büdcəsinə və maddi durumuna mənfi təsir göstərir:

"Yas mərasimlərini sadə şəkildə keçirməklə imkanlı şəxslər və tanınmış insanlar örnək olmalıdırlar"-Üzeyir Şəfiyev“Mərasimlərin dəbdəbəli şəkildə keçirilməsinə əslində ehtiyac yoxdur. Təəssüf ki, insanlar qonşudan geri qalmamaq üçün yarışa qoşulublar. Güman edirəm ki, belə törənlərin bu şəkildə keçirilməsinin heç bir müsbət mənası yoxdur. Çox yaxşı olar ki, yas mərasimlərini sadə şəkildə keçirməklə imkanlı şəxslər və tanınmış insanlar örnək olmalıdırlar.
Belə örnək göstərən insanlar az da olsa var.
Bəzi rayonlarda yasın “7” və “40” mərasimləri ümumiyyətlə keçirilmir. Dəbdəbəli yas mərasimlərinin keçirilməsinə son verilib. Çox yaxşı olar ki, bu artıq ənənə şəklini alsın. İnsanlar daha təvazökar şəkildə yas mərasimlərini keçirsinlər.
Bəzən insanlar bankdan kredit götürərək yas mərasimlərini keçirirlər. Güman edirəm ki, bu cür israfçılığa lüzum yoxdur. Bu, insanların ailə büdcəsinə və qohumlar arası münasibətlərə təsir göstərir. Bunu dövlət tənzimləməməlidir. Cəmiyyət və insanlar özləri bu işlərin tənzimlənməsində rol oynamalıdır”.
BiG.Az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir