Lənkəranda ağır yol-nəqliyyat qəzası vaş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sərnişin avtobusu minik avtomobilinin üzərinə aşıb.
Ağır qəzada xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
***
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, qəza nəticəsində bu gün saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Həmin şəxslər vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
Surxay Şahbazov