“AZAL təyyarəsinin Aktuada qəzaya düşməsi düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparılır”.
BiG.AZ xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qəza ilə bağlı 3 ölkədə ayrı-ayrı cinayət işi başlanılıb.
“Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır. Qazaxıstan və Azərbaycanın araşdırmalarının nəticələri müzakirə olunur. Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqatı aparılacaq”.
BiG.Az