Son günlər sosial mediada sürücülük vəsiqəsi olub lakin maşını olmayan şəxslərə cərimələrin gəldiyi ilə bağlı şikayətlər yayımlanır. Bu şəxslər avtomobilləri olmadan necə cərimələndikləri haqqında fikirləri yoxdur. Şikayətləri də bunun necə mümkün olmasındandır.
Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, nəqliyyat vasitəsinin idarə edilməsi, şəxsi müəyyən dərəcədə yol hərəkətinin iştirakçısına çevirir. Bu da şəxsin avtomobilinin və sürücülük vəsiqəsinin nəqliyyat bazasına daxili deməkdir:
“Sürücülük vəsiqəsi alan hər bir şəxs yol hərəkətinin real iştirakçısı sayılır. Bunun üçün də yol hərəkətinin iştirakçıları üçün cərimələrin yazılması, inzibatı xətalarla müəyyən edilmiş cəza sisteminin tətbiq edilməsi gözləniləndir. Bu cəza və xətaların cəriməsi müasir texnologiya vasitəsilə qeyd edilir. Lakin nəzərə almalıyıq ki, hər bir texnoloji vasitənin də səhvləri olur.
Sürücülük vəsiqəsi olub, maşını olmadan cərimə olunan şəxslər yol polis idarəsinin qaynar xəttinə və ya digər müraciət vasitələrinə bildiriş göndərməlidir. Bu sahələr də tez bir zamanda məsələyə fikir bildirməli, tədqiqat işləri aparmalıdır”.
BiG.Az