Ərdoğanın kitabı satışa çıxarıldı | DEFAKTO.AZ Ərdoğanın kitabı satışa çıxarıldı – DEFAKTO.AZ

Ərdoğanın kitabı satışa çıxarıldı

52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələmə aldığı “Daha ədalətli dünya mümkündür” kitabı bu gün oxuculara təqdim ediləcək.

O, kitabda Türkiyənin bütün bəşəriyyət üçün ədalət axtarışlarını ətraflı şəkildə izah edir. Kitabda haqsızlıq, qaçqın böhranı, beynəlxalq terrorizm və İslam əleyhinə siyasət də daxil olmaqla, qlobal siyasətin dilemmalarına istinad edən Ərdoğan Birləşmiş Millətlər Təşkilatının nümunəsində dünyada ayrı-seçkiliyi və ikili standartları ortaya qoyur.

İngilis, ərəb, alman, fransız, rus və ispan dillərinə tərcümə edilən kitabdan əldə edilən bütün gəlir AFAD-a (Fövqəladə Halların İdarə Olunması Agentliyi) veriləcək.

Mənbə: “Yeni Şafak”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir