2023-cü ildə İngiltərə və Uelsdəki valideynlər yeni doğulan oğlan uşaqlarına ən çox Məhəmməd, qız uşaqlarına isə Oliviya adını qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) illik hesabatında bildirilib.
Keçən il 4 600-dən çox oğlana Məhəmməd, 3 289 qıza isə Olivia adı verilib.
Məlumata görə, Məhəmməd adı 2016-cı ildən bəri ilk 10-luqdadır.
Kral ailəsinin üstünlük verdiyi Corc, Harri, Şarlotta, Elizabet və Çarlz adlarını seçənlərin sayı azalıb.