İcra başçısı təyin edilən məmurun yerinə o gətirildi | DEFAKTO.AZ İcra başçısı təyin edilən məmurun yerinə o gətirildi – DEFAKTO.AZ

İcra başçısı təyin edilən məmurun yerinə o gətirildi

22

Dövlət Statistika Komitəsinə (DSK) yeni Aparat rəhbəri təyin edilib.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki bu vəzifəyə Qasım Əliyev gətirilib.

Q. Əliyev 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib. 2016-cı ildən Komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, DSK-nın sabiq Aparat rəhbəri Cabbar Musayev ötən ay Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir