Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.
“Qafqazinfo” “DEFAKTO.az”a istinadən xəbər verir ki, bir müddət əvvəl 1988-ci il təvəllüdlü A.Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-yi (ad – soyad şərtidir) qaçırıb.
Ötən gün qızın qardaşları bacılarının arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər. Onlar burada A.Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.
Yevlaxda A.Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədənlər polis tərəfindən saxlanılıb.