Ermənilər “Maşa”nın Azərbaycan buraxılışını sildirdi | DEFAKTO.AZ Ermənilər “Maşa”nın Azərbaycan buraxılışını sildirdi – DEFAKTO.AZ

Ermənilər “Maşa”nın Azərbaycan buraxılışını sildirdi

71

Rusiya istehsalı olan məşhur “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi Yutub səhifələrindən silinib.

defakto.az Unikal.org-a istinadən xəbər verir ki, avqustun əvvəlində cizgi filminin Azərbaycanın “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb.

Xatırladaq ki, həmin buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörək və dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunmuşdu. Bundan başqa, filmdə məşhur “Cücələrim” mahnısı da səsləndirilmişdi. Sözügedən buraxılışda Azərbaycanın qədim sənətkarlığı – pinəçilik də nümayiş olunub. Cizgi filminin bu buraxılışı “YouTube” kanalında qısa müddətdə xeyli baxış toplamışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir