Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu | DEFAKTO.AZ Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu – DEFAKTO.AZ

Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu

4

Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirillib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.

Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir