Gecə saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən “Təbrik” restoranında toydan sonra kütləvi dava düşüb.
“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə toy iştirakçılarının bir-biri ilə əlbəyaxa olduğu öz əksini tapıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis şöbəsində araşdırma başladılıb, hadisə iştirakçıları müəyyən olunaraq izahatları alınıb.
Faktla bağlı araşdırma davam etdirilir.