Bağırov körpüsünü də su basdı – Eldar Əzizov hadisə yerində | DEFAKTO.AZ Bağırov körpüsünü də su basdı – Eldar Əzizov hadisə yerində – DEFAKTO.AZ

Bağırov körpüsünü də su basdı – Eldar Əzizov hadisə yerində

18

Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində subasma qeydə alınıb.

Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyəti strukturların rəhbərləri əraziyə gedərək baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

“Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır”, – məlumatda qeyd olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir