Nərimanovun rəis müavini qəzada həlak oldu – Yenilənib | DEFAKTO.AZ Nərimanovun rəis müavini qəzada həlak oldu – Yenilənib – DEFAKTO.AZ

Nərimanovun rəis müavini qəzada həlak oldu – Yenilənib

17

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, “Toyota” markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, Cavid İsmayılzadə Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini idi.

Onun atası polkovnik Namiq İsmayılov isə əvvəllər Binəqədi və daha sonra Abşeron Rayon Polis İdarəsinin rəisi olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir