Sumqayıtda partlayış – Ölən var-Yenilənib | DEFAKTO.AZ Sumqayıtda partlayış – Ölən var-Yenilənib – DEFAKTO.AZ

Sumqayıtda partlayış – Ölən var-Yenilənib

27

Sumqayıt şəhərində mənzildə partlayış olub.

“Qafqazinfo” DEFAKTO.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

DEFAKTO.az-nın xəbərinə görə, hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanında yaşayış binasında qeydə alınıb.

Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir