70 saylı Neftçala seçki dairəsinin namizədləri arasında qalmaqal yaşanıb.
Pravda.az xəbər verir ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin namizədlərindən olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) rəqibi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlının posterlərini Neftçalanın Həsənabad qəsəbəsindəki Mədəniyyət Evindən sökdürüb.
Vəfa Nağı bu barədə paylaşdığı görüntüləri belə şərh edib: “Təşviqat kampaniyası çərçivəsində Həsənabad qəsəbəsini gəzərkən Mədəniyyət Evinin binasına Tənzilə Rüstəmxanlının posterlərinin yapışdırıldığını gördük. Bununla bağlı 102-yə, DSK-ya şikayət etdim. Sonra “Tik Tok”dan canlı yayım açdım. Sonra Rüstəmxanlının posterlərini açdılar. Dövlət qurumunu təbliğat üçün istifadə edirdilər”.
Xatırlatma: 70 saylı Neftçala seçki dairəsində “Neftçala üçün birlikdə!” şüarı ilə seçkilərə qoşulan Tənzilə Rüstəmxanlının ən güclü rəqibi Vəfa Nağıdır. O, “İndi VƏFA vaxtıdır!” şüarı ilə seçkilərdə qalib gələcəyinə əminlik nümayiş etdirir.
Aytəkin Qardaşova
Fotoları təqdim edirik