Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.
“DEFAKTO.az”un Qərb bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Sadiq Hüseynov Mingəçevir su anbarının Goranboy rayon ərazisində boğularaq ölüb.
Onun meyti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.