Bakı və İrəvan bu maddəni sülh müqaviləsindən çıxardı | DEFAKTO.AZ Bakı və İrəvan bu maddəni sülh müqaviləsindən çıxardı – DEFAKTO.AZ

Bakı və İrəvan bu maddəni sülh müqaviləsindən çıxardı

30

“Bakı və İrəvan Naxçıvanı birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsindən çıxarılması barədə razılığa gəlib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan XİN-in sözçüsü Ani Badalyan deyib.

Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.

Onun sözlərinə görə, razılıqda bu məsələnin daha sonra həll olunması qeyd olunub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəflərin Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəldiyini bildirib.

Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir