Türkiyənin sabiq maliyyə naziri Abdüllatif Şenerin oğlu nənəsini öldürüb.
“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, Bedirhan Şener Ankarada yaşadıqları evdə mübahisə zəminində nənəsi Leyla Çetineri girov götürüb. Bu zaman eks-nazir küçəyə qaçaraq polisə zəng edərək məlumat verib.
Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. Lakin bu zaman o, nənəsini silahla vuraraq öldürüb.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
B. Şener saxlanılıb.
İnsidentdən sonra 70 yaşlı Abdüllatif Şener açıqlamasında bildirib ki, oğlunun psixoloji problemləri olub: “O, qarşısındakı şəxsin nənəsi olduğunu bilmədən atəş açıb. Çox kədərliyik. Dəhşətli hadisədir”.
Qeyd edək ki, A. Şener 1996-1997-ci illərdə Türkiyənin maliyyə naziri vəzifəsini icra edib. O, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) 19, 20, 21, 22 və 27-ci çağırış deputatı olub. Bundan başqa, 2002-2007-ci illərdə Baş nazirin müavini vəzifəsində çalışıb.
Ailəlidir, 4 övladı var.