16 il sonra… | DEFAKTO.AZ 16 il sonra… – DEFAKTO.AZ

16 il sonra…

34

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarının qalibi olub.

“Qafqazinfo”nun məlumatına görə, finalda fransalı Joan-Benjamin Qabaya qalib gələn təmsilçimiz idmanın bu növündə 16 il əvvəlki uğurumuzu təkrarlayıb.

Məsələ burasındadır ki, Olimpiadada cüdoda sonuncu dəfə eyni çəki dərəcəsində Elnur Məmmədli qızıl medal qazanmışdı. Bu, 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarına təsadüf etmişdi.

Qeyd edək ki, indiyədək idmanın cüdo növündə Olimpiadada üç qızıl medal qazanmışıq. İlk qızıl medalımız isə cüdoçu Nazim Hüseynovun adı ilə bağlıdır. O, 1992-ci ildə Barselona Olimpiadasında fərxi kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Maraqlı məqam ondan ibarətdir ki, hər üç qızıl medalın arasında 16 illik fərq var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir