Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.
“Qafqazinfo”nun məlumatına görə, Londonda jurnalistlər İlham Əliyevə Ermənistanla sülh danışıqlarının hazırda necə getdiyinə dair sual ünvanlayıb.
Dövlət başçısı isə suala “Əla” işarəsi göstərərək təbəssümlə reaksiya verib.