Azərbaycanda Emin Ağalarovun şirkəti və Gömrük Komitəsi arasında məhkəmə çəkişməsi davam edir | DEFAKTO.AZ Azərbaycanda Emin Ağalarovun şirkəti və Gömrük Komitəsi arasında məhkəmə çəkişməsi davam edir – DEFAKTO.AZ

Azərbaycanda Emin Ağalarovun şirkəti və Gömrük Komitəsi arasında məhkəmə çəkişməsi davam edir

71

Dövlət Gömrük Komitəsi və “Nardaran İnvest” MMC arasında məhkəmə çəkişməsi davam edir.

Pravda.az-ın xəbərinə görə, iş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılır.

Xatırlatma: Gömrük Komitəsi protokolu İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: Şirkət Bakıda “Sea Breeze” istirahət zonasının ərazisində yaşayış binaları inşa edir. MMC Xalq artisti Emin Ağalarova məxsusdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir