Kərəm Mustafayevin adı MN-in saytından da silindi | DEFAKTO.AZ Kərəm Mustafayevin adı MN-in saytından da silindi – DEFAKTO.AZ

Kərəm Mustafayevin adı MN-in saytından da silindi

87

əbər verdiyimiz kimi, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, artıq onun adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb.

Hazırda sözügedən saytda onun tutduğu vəzifə – müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı haqda məlumat tapmaq mümkün deyil.

Xatırladaq ki, məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

Qeyd edək ki, K.Mustafayev 2014-cü ilin mayında sözügedən vəzifəyə təyin edilmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir