Ağalı məktəbinin direktoru vəzifəsindən azad olundu – Yenilənib | DEFAKTO.AZ Ağalı məktəbinin direktoru vəzifəsindən azad olundu – Yenilənib – DEFAKTO.AZ

Ağalı məktəbinin direktoru vəzifəsindən azad olundu – Yenilənib

19

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, o, vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazıb.

N.Həsənova vəzifəsindən ayrılmasına səbəb kimi səhhətində yaranan problemləri qeyd edib. O, fəaliyyətini sözügedən təhsil ocağında müəllim kimi davam etdirəcək.

Qeyd edək ki, N.Həsənova bu vəzifəyə 2022-ci ildə təyinat almışdı. O daha öncə Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.

***

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib ki, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Həsənova Nərmin işlədiyi müddətdə vəzifə funksiyalarının icrasına hər zaman məsuliyyətlə yanaşıb və öhdəliklərini layiqincə yerinə yetirib.

Nərminə Həsənova da məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Böyük Qayıdışın ilk məktəbi – Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru olmaq qürurverici hissdir:

“Doğma torpaqlarda müəllimlərimiz, şagird və valideynlərimizlə əl-ələ verib təhsilimiz üçün var gücümüzlə çalışdıq.

Təəssüf ki, səhhətimdə yaranmış problemlərlə bağlı məktəb direktoru vəzifəsindən ayrılmalı oldum. Ancaq doğma Ağalıda tarix müəllimi kimi fəaliyyətimi davam etdirəcəyəm.

Yeni təyin olunacaq direktorumuza da fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, kollektivimizlə birgə böyük uğurlara imza atacağıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir