İngiltərə klubu 19 yaşlı futbolçu üçün 38 milyon avro ödəyib | DEFAKTO.AZ İngiltərə klubu 19 yaşlı futbolçu üçün 38 milyon avro ödəyib – DEFAKTO.AZ

İngiltərə klubu 19 yaşlı futbolçu üçün 38 milyon avro ödəyib

19

İngiltərənin “Brayton” klubu “Nyukasl”ın 19 yaşlı vingeri Yankuba Minteni transfer edib.

“DEFAKTO.az” “Transfermarkt” portalına istinadən xəbər verir ki, futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Qağayılar” qambiyalı yarımmüdafiəçi üçün 38,8 milyon avro ödəyib.

Qeyd edək ki, Y.Minte ötən mövsüm icarə əsasında oynadığı Niderlandın “Feyenoord” klubunda meydana çıxdığı 27 matçda 10 qola, 6 məhsuldar ötürməyə imza atıb. Minte 2023-cü ilin yayında 8 milyon avro müqabilində Danimarkanın “Odense” klubundan “Nyukasl”a transfer edilmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir