“Liverpul”un sükanı arxasına kimin keçəcəyi təsdiqlədi | DEFAKTO.AZ “Liverpul”un sükanı arxasına kimin keçəcəyi təsdiqlədi – DEFAKTO.AZ

“Liverpul”un sükanı arxasına kimin keçəcəyi təsdiqlədi

71




Arni Slot keçirilən mətbuat konfransında “Liverpul” klubunu çalışdıracağını rəsmi olaraq təsdiqləyib.

Məlumata görə, 3 il “Feynoord”u  çalışdıran təcrübəli mütəxəssis yeni mövsümdən etibarən karyerasını “Liverpul”da davam etdirəcək.

“Artıq rahat şəkildə deyə bilərəm ki, yeni mövsümdən etibarən Yürqen Kloppu mən əvəz edəcəyəm. Ümid edirəmki, klub rəhbərliyinin etimadını doğrulda biləcəm”.

Arni Slot “Feynoord” klubunu çalışdırdığı müddətdə altı ildən sonra komandaya ilk çempionluğunu qazandırıb.

Qeyd edək ki, adıçəkilən məşqçi karyerası ərzində sadəcə “AZ Alkmar” və “Feynoord” klublarını çalışdırıb.

Mənbə: Skysports.com