Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib | DEFAKTO.AZ Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib – DEFAKTO.AZ

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib

32




Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Şarjah Masters şahmat turnirində 4-cü turun görüşləri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib.

Məhəmməd Muradlı qara fiqurlarla Samvel Ter-Sahakyanı mat edib. Teymur Rəcəbov isə ardıcıl 4-cü dəfə heç-heçəyə razılaşıb. Daha bir təmsilçimiz Eltac Səfərli də turu yarım xalla başa vurub. Aydın Suleymanlı isə iranlı rəqibinə uduzub.

Bu nəticələrdən sonra Məhəmməd 3 xalla 9-cu pillədə qərarlaşıb. O, liderlərdən yarım xal geri qalır. Hesabında 2 xal olan Eltac 35-ci, Aydın 50-ci, Teymur isə 53-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.

Şarjah Masters, IV tur
Aydın Suleymanlı – Bardiya Daneşvar (İran) – 0:1
Samvel Ter-Sahakyan (Ermənistan) – Məhəmməd Muradlı – 0:1
Teymur Rəcəbov – Ediz Gürel (Türkiyə) – 0,5:0,5
Vladislav Artemyev (AİN) -Eltac Səfərli – 0,5:0,5